Modern.az

Əhmədinejaddan ABŞ-a xəbərdarlıq: “Rusiya ilə İran eyni barrikadadadır”

Əhmədinejaddan ABŞ-a xəbərdarlıq: “Rusiya ilə İran eyni barrikadadadır”

8 İyun 2012, 11:29

 “Rusiya və İran eyni barrikadadadırlar. Bir sıra şəxslər Rusiyanın və İranın inkişafının əleyhinə çıxış edirlər. Xüsüsən nəzərə alsaq ki, indi NATO öz nəzərlərini Şərqə yönəldib, bu baxımdan bizim sizinlə əməkdaşlığımız regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcək”. Modern.az bildirir ki, bu sözləri İran prezidenti Mahmud Əhmənejad Rusiya prezidenti Vladimir Putinlə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirdiyi görüşü zamanı deyib. İranın dövlət başçısı qeyd edib ki, Tehran Moskva ilə əməkdaşlığa böyük önəm verir.

“Regionda situasiya elədir ki, bu İran və Rusiyanın daha ciddi və geniş əməkdaşlığını tələb edir.  Biz dost və qonşu ölkələrik. Əməkdaşlığımızı daha da genişləndirməliyik. Tarix və gələcək bunu bizdən tələb edir”-deyə Əhmədinejad vurğulayıb.

Daha sonra Xəzəryanı ölkələrlə əməkdaşlığa toxunan İran prezidenti bildirib ki, Xəzər dənizi regionu hər iki ölkə üçün əməkdaşlğı inkişaf etdrimək üçün yaxşı əsasdır. “Mən hesab edirəm ki, Rusiya və İran ümumi ortaq məxrəcə gələcək və digərlərini də bu dialoqa dəvət edə biləcək. Bizim Xəzər hövzəsinin bütün potensialından istifadə etmək üçün yaxşı imkanlarımız var”-deyə o vurğulayıb.

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub