Modern.az

“Yaxın Şərqin mirvarisi”: Beyrut haqqında bilmədiklərimiz - FOTOLAR

“Yaxın Şərqin mirvarisi”: Beyrut haqqında bilmədiklərimiz - FOTOLAR

6 Avqust 2020, 18:46

Yaxın Şərqin Parisi sayılan Beyrut Livanın paytaxtı və ən böyük şəhəridir. Şəhər Aralıq dənizi sahillərindəki bir yarımadada yerləşməklə barəbər ölkənin ən əsas və böyük limanına sahibdir. Şəhərin həyatında mühüm rol oynayan Beyrut çayı şəhər boyunca şimaldan cənuba doğru uzanır.

Beyut dünyanın ən qədim şəhərlərindən biri sayılır. Şəhərin tarixi 5000 il əvvələ qədər uzanır. Beyrutun tarixi inkişafı  4 əsas mərhələdən keçib:

 

  1. Miladdan öncə , Osmanlıya qədər olan dövr;
  2. Osmanlı hakimiyyətində olan dövr;
  3. Fransanın hakimyyətində olan dövr;
  4. Livanın tərkibindəki dövr.

Beyrutun ölkənin mərkəzi hissəsində yerləşməsi və Livan hökümət nümayənlərinin burada olması səbəbi ilə bir çox bank və şirkətlərdə məhz bu şəhərdə cəmləşib. Bütün bunlar da şəhərin Livan iqtisadiyyatında rolunu daha da artırır. Şəhərin əsas özəlliyi isə liman şəhəri olmaqla yanaşı  dünyanın ən vacib ticarət mərkəzlərindən biri sayılmasıdır. Şəhər bir çox mədəniyyətlə iç-içə olduğundan qlobal mərkəz özəlliyini daşıyır. Maliyyə, bank, logistika, reklamçılıq özəllikləri nəzərə alınmaqla Beyrut, Qloballaşma və Dünya Şəhərləri Tətqiqat Şəbəkəsi tərəfindən "Beta dünya şəhəri" seçilmişdir. Onu da qeyd edək ki, Livanda baş verən daxili müharibələr səbəbi ilə böyük zərər görən Beyrut şəhəri yenidən inkişaf, bərpa məsələsindədir.

Beyrut Orta Şərqin və Livanın ən kosmopolit və dini baxımdan  fərqli şəhərlərindən biridir. Şəhərin əsas hissəsini müsəlman və xristianlar təşkil etsə də, burada 18 fərqli dini qrup mövcuddur.

Beyrut şəhəri Aralıq dənizi sahilində yerləşdiyinə görə buranın özünəməxsus xarakteristik iqlimi formalaşıb. Havası əsasən isti olsa da, bəzi hallarda külək və yağışlı da olur. Qarlı hava şəraiti isə əsadən dağlıq bölgələrdə müşahidə  olunur.

 

Bir sıra daxili müharibələrdən sonra yeni inkişaf dönəmində olan Beyrut Mərkəz Bölgəsində 60-dan çox bağ, meydan və  açıq sahələr yerləşir. Bu açıq sahələr peyzajlı küçələr, həyətyanı ərazilər, bağlar, tarixi meydanlar, dəniz gəzinti yollarından ibarət olmaqla ümumilikdə  96 hektar açıq ərazini əhatə edir.

 

Mərkəz hissə Livanın əsas əyləncə, yemək, alış-veriş məkanıdır. Beləki burada 100-dən çox kafe, restoran, gecə klubu, 350-dən çox pərakəndə satış mağazaları  yerləşir. Beyrut, həmçinin, Livanın ən nizamlı yaşayış imkanlarına sahib olan şəhəridir. Dərin tarixi keçmişə sahib olan və bir çox vəhşiliklərə, dağıntılara  məruz qalmasına rəğmən sürətlə dəyişən, inkişaf edən Beyrut hər il minlərlə turistə öz qapılarını açır.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər