Modern.az

32 minlik şəhər təcrid olunur

32 minlik şəhər təcrid olunur

6 Avqust 2020, 20:58

İspaniyanın şimalındakı Kastiliya-i-Araqon əyalətinin rəhbərliyi 32 min əhalisi olan Aranda-de-Duero şəhərini təcrid etmək qərarı verib.

Modern.az  xəbər verir ki, buna səbəb şəhərdə və ətraf bölgələrdə koronavirusa yoluxma sayının artması olub.

Yeni qərara əsasən, şəhərə giriş-çıxış məhdudlaşdırılır, bundan başqa, kafe və restoranların iş saatları azaldılır. Şəhərdə 10 nəfərdən çox qruplarda toplaşmaq qadağan edilir.

Eyni zamanda, Basklar Ölkəsi regionunun rəhbərliyi də yoluxma sayının artmaqda olduğunu və regionun “ikinci dalğa” ilə üzləşdiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi