Modern.az

Türkiyədə bir sutkada daha 14 nəfər koronavirusdan öldü

Türkiyədə bir sutkada daha 14 nəfər koronavirusdan öldü

6 Avqust 2020, 22:13

Türkiyədə son sutka ərzində daha 14 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 798 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 54 494 nəfərdən 1 153-nün cavabı pozitiv çıxıb.

Bununla da yoluxanların ümumi sayı 237 265  nəfərə çatıb. Müalicə olunan  1 040 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək  220 546 nəfər koronavirusdan müalicə olunub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü