Modern.az

Kanadada soydaşlarımızla bağlı vəziyyət necədir? - Azərbaycanlı jurnalistdən AÇIQLAMA

Kanadada soydaşlarımızla bağlı vəziyyət necədir? - Azərbaycanlı jurnalistdən AÇIQLAMA

7 Avqust 2020, 09:18

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan qabaq Kanadada ermənilər azərbaycanlılara xəsarət yetirmişdilər. Torontonun azərbaycanlılar yaşayan bölgəsində soydaşlarımızın maşınları əzilmiş, onlara qarşı digər fiziki təzyiqlər olmuşdu.

Torontoda yaşayan azərbaycanlı jurnalist, GLOBAL JOURNALİSM COUNCİL-in Kanada təmsilçisi Lalə Musaqızı Modern.az-a açıqlamasında hazırkı vəziyyət barədə danışıb:

“Sakitliyin hökm sürməsinə baxmayaraq, ermənilərin kompakt yaşadığı bölgələrə gedəndə narahatlıq hiss edirik. Amma bura Amerika kimi deyil, hadisə baş verəndən 10 dəqiqə sonra polis orda olur. Ona görə də burada bir daha o cür hadisə olacağına inanmıram”.

Lalə Musaqızı kanadada yaşayan azərbaycanlıların daha diqqətli davrandığını deyib:

“Burda azərbaycanlıların sosial şəbəkələrdə yaratdığı bir neçə qrupa qoşulmuşam. Qrup üzvlərimiz çox aktivdirlər. Ermənilərlə bağlı qarşımıza çıxan səhifələri dərhal şikayət edib bağlatdırırıq. Hətta deputatlar ermənilərin lehinə sosial şəbəkələrdə nəsə paylaşanda hamı etirazını bildirir”.

Xatırladaq ki, avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək, orada yaşayan iki soydaşımıza qarşı təxribat törədiblər.


Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən, cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfəri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılıb və müvafiq tədbirlər həyata keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir