Modern.az

Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı

Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı

İqtisadiyyat

7 Avqust 2020, 10:05

Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27 ədəd, 2 saylı binası üzrə 96 ədəd, 3 saylı binası üzrə 242 ədəd, 4 saylı binası üzrə 137 ədəd, ümumilikdə 502 mənzilin satışına başlanılır.

Modern.az Mənzil İnşaatı Dövlət Agentliyinə istinadən xəbər verir ki, satış 10 sentyabr 11:00-dan 19 sentyabr 11:00-dək davam edəcək.

Mənzillərin güzəştlə əldə edilməsi qaydasına uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi 14 sentyabr saat 11:00-dan, 19 sentyabr 11:00-dək davam edəcək.

1 otaqlı mənzillər 32 min 130 manatdan, 2 otaqlı mənzillər 43 min 10 manatdan, 3 otaqlı mənzillər isə 57 min 120 manatdan başlayır. 

Mənzilləri 30 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. Aylıq ödəniş mənzilin sahəsindən asılı olaraq 138-268 manat civarındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır