Modern.az

Diasporla İş üzrə DK-nın binasında biodezinfeksiya keçidi quraşdırılıb

Diasporla İş üzrə DK-nın binasında biodezinfeksiya keçidi quraşdırılıb

Diaspor

11 Avqust 2020, 12:57

Artıq bir neçə gündür ki, Diasporla İş üzrə Dövlət Komitəsi binasının giriş qapısında biodezinfeksiya keçidi quraşdırılıb.

 

Modern.az xəbər verir ki, məqsəd COVİD 19  pandemiyasının davam etdiyi bir şəraitdə insanların sağlamlığını daha effektiv qorumaqdır. Binaya daxil olan hər kəs keçiddən keçərkən temperaturu müəyyən olunur və  mikrodamçı ilə dezinfeksiya edilir.

 

Bu proses  keçiddən keçən insanların öz üzərində virus daşıma ehtimalını minimuma endirir.

 

Mütəxəssislər bildirir ki, dezinfeksiya məhsulu sağlamlıq üçün zərərsizdir.

 

Qeyd edək ki, pandemiya başlayandan bu günə qədər Komitənin binası mütəmadi olaraq dezinfeksiya olunur, işə gələn əməkdaşlar maska taxılması, temperaturun ölçülməsi və  sosial məsafənin saxlanması qaydalarına ciddi əməl edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır