Modern.az

Diplom, yoxsa sənəd?

Diplom, yoxsa sənəd?

26 May 2012, 14:26

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Prestejli sahədə çalışmaq, karyera qurmaq və ucalmaq hər bir gəncin arzusudur. Hər birimiz xəyalımızda olsa belə işlədiyimiz sahədə uğura imza atmaq istəyirik. Ancaq bunu xəyaldan reallığa keçirənlər də az deyil. Bu gün məhz prestejli sahə olan banklarda, dövlət qulluğunda, yüksək əmək haqlı özəl və xarici şirkətlərdə çalışanların əksəriyyəti gənclərdir, hansı ki onların yerində bir çoxumuz olmaq istəyirik.

Eyni zamanda bu gün əks tendensiya da müşahidə edilir. Hər birimiz, eləcə də valideyinlərimiz bizim ali təhsil ocaqlarında oxuduğumuzu görmək istəyir. Yalnız ali məktəbə daxil olub, diplom alaq, tək bunu düşünürük, yəni 4 və ya 5 illik təhsildən sonra olacaqları, iş tapmaqda yarana biləcək çətinlikləri unuduruq.

Bu günün əksər gənclərini diplom düşündürür. Bunun nəticəsidir ki, hazırda ölkədə yaranan gənc işsiz ordusu vaxtilə düzgün seçilməyən ixtisasda təhsil almaqla yaranır. Və ya başqa ixtisasda təhsil alan biri öz istisasına uyğun olmayan peşədə çalışır. Bununla o, həmin ixtisasda təhsil alıb yüksələ biləcək başqa gəncin yerini tutmaqla dörd təhsil ilini boşuna sərf etmiş olur.

Qeyd etdiyim kimi valideyinlər də bu seçimdə hər zaman övladlarına yardım olmalıdır. Məsələn, valideyinlərin övladlarına təzyiq etmələri, gənclərin öz istədiyini deyil, valideyinin arzu etdiyi ali məktəbə qəbul olması da bu problemin kökündə dayanır. Valideyinlər bununla gənclikdə özlərinin istədiyi amma reallaşdıra bilmədiyi arzularını övladlarında tətbiq etməklə onları “kor” qoyurlar.

Amma yuxarıda qeyd etdiyim kimi bu gün ölkəmizdə düzgün peşə seçimi edən, öz sənədinə bağlı olan gənclərimiz də az deyil. Onların işlədiyi sahədə yüksəlişi də sənədlərinin sevməsinin nəticəsidir ki, iş saatını yorulmadan, hər gün peşman olmadan keçirir. Bu gün ölkəmizin inkişafı üçün bu cür gənclərə-sənədini sevən gənclərə ehtiyac var.

Ümumiyətlə, düzgün seçilən peşə insanın yüksəlməsinə şərait yaradırsa bunun üçün gənclərimizi də istiqamətləndirməliyik və doğru yola yönəltməliyik. Bu problemin aradan qaldırılması üçün düşünürəm ki, hələ orta məktəblərdən şagirdlər məlumatlandırılmalı, maarifləndirilməlidir. Onların hansı sahədə uğur qazana biləcəyi pedoqoqlar tərəfindən üzə çıxarılmalıdır. Qeyd edək ki, bir çox xarici ölkələrdə təhsil sahəsində məhz bu metoddan istifadə etməklə gələəcək nəsli bağlı olacaqları sənədə hazırlayırlar.

Aytən ƏLİYEVA

Bakı Slavyan Universiteti, magistrant, I kurs

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir