Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb
Uşaq dünyaya göz açır, böyüyür, yetkinlik yaşına çatır və həyatda özünə yaşam yolu seçir. Bu yolun əsasını isə insanın peşə seçimi təşkil edir. Bu seçim insanın həyatında verdiyi ən önəmli verdiyi qərarlardan birinə çevrilir. Çünki bu seçimlə onun sonrakı həyatı qurulur. Müəyyən bir dövrdən sonra insan valideyn himayəsindən ayrılaraq müstəqil yaşamağa, həyatda özünə bir yer tapmağa başlayır. Bütün bunların əsasını isə peşə seçimi təşkil edir. Peşə yalnız pul qazanmaq, ailəni dolandırmaq üçün seçilmir. Bu həmdə özünü həyatın keçməkeçli yollarında doğrultmaq özünə inamı artırmaq üçün seçilir. Insanın tutduğu peşə onun ömür yolunun ta başlanğıcından sonunadək onunla birgə addımlayır. Peşə seçimi düzgün olmayan insansa həyatı boyu özünə bir yer tapa bilməz. Çünki həyatda yaşamaq onsuzda çətindir, peşəsiz, sənətsiz yaşamaqsa bu həyatı daha da çətinləşdirir.
Peşənin insan həyatında oynadığı rol mühümdür. Lakin bunu hər kəs başa düşmür. Müəyyən bir dövr keçdikdən sonra bunu başa düşdükdə artıq çox gec olur. Lakin özünə inam olan insanlar bunun öhdəsindən layiqincə gəlməyi bacararlar, istər 20-misində istərsə də 50-sində. Ona görə də peşə seçimin əsasını özünə inam təşkil edir. Özünə inam olmayan insan heç bir işin öhdəsindən layiqincə gələ bilməz. Ümumilik də peşə seçimi insanın gələcəyini təmin edir. Insanın seçdiyi peşə onun həyatı boyunca müvəffəqiyyətlə yaşamağını təmin edən əsas vasitədir.
Insanın peşə seçiminin mükəmməlliyi onun yaşadığı mühitdən, yaradılan şəraitdən çox aslıdır. Müasir dövrümüzdə Azərbaycan Respublikasında gənclərin özünə düzgün sənət seçimi üçün gözəl şərait yaradılmışdır. Müstəqil dövlətin müstəqil düşüncəli gəncləri özlərinə hər hansısa peşəni seçmək üçün perspektivlərə malik bir cəmiyyətdə yaşayır. Ona görə də buradan üzümü özümundə daxil olduğu gənc nəsilə tutub onu deyə bilərəm ki, nə qədər ki əlimizdə belə imkanlar var bundan səmərəli istifadə etməyi bacaraq. Sonda isə bunu demək istərdim ki tutduğumuz peşədən, seçdiyimiz sənətdən asılı olmayaraq bu həyatda nə oluruqsa olaq işimizin sənətkarı olmalıyıq.
Orxan Mürsəlbəyov
Qərb Universiteti
Siyasi Elmlər fakültəsi