Modern.az

Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar...

Gürcüstanda deputatlığa namizəd azərbaycanlılar...

13 Avqust 2020, 10:41

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, parlament seçkilərində iştirak edəcək azərbaycanlı namizədlərdən bir neçəsinin adı bəlli olub.

 

“Avropalı Gürcüstan” Partiyasından Əhməd İmamquliyev, “Lelo Gürcüstan” Partiyasından Murad Muradov, hakim “Gürcü arzusu” Partiyasından Zaur Darğallı və Vahid Milli Hərəkat Partiyasından Azər Süleymanov Marneuli-Qardabani majoritar dairəsi üzrə deputatlığa namizəd olublar.

Bununla yanaşı, Gürcüstan parlamentində hazırda deputat mandatına malik “Gürcü arzusu” partiyasının üzvləri – Ruslan Hacıyev, Mahir Dərziyev və Savalan Mirzəyevin seçkilərdə iştirakı ilə bağlı konkret qərar yoxdu. Onların partiyanın proporsional seçki siyahısında yer alması gözlənilir. Hazırda Gürcüstan parlamentində 150 deputatdan 4-ü azərbaycanlı olsa da, növbəti seçkilərdə onların sayının artması gözlənilir. 

 

Qeyd edək ki, Gürcüstanda 30 seçki dairəsi var. Parlamentdə 30 yer majoritar, 120 yer isə proporsional seçki siyahısı ilə müəyyən olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir