Modern.az

Peşə seçimi və gənclərin sənətə bağlılığı

Peşə seçimi və gənclərin sənətə bağlılığı

29 May 2012, 20:51

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Peşə seçimi gənclərdə hələ uşaq yaşlarından yaranan bir fikirdir. Hər bir uşağa soruşulur böyüyəndə nə olacağı oda müxtləlif cavablar verir. Adətən bu peşələr həkim və polis olur. Böyüdukdən sonra fikirlər dəyişir və hər kəs müxtəlif peşə sahibi olur. Bir çox gəncimiz müxtəlif peşə məktəblərinə qəbul olur. Bəzi peşələrdə vardır ki irsi olaraq keçir hansı ki bu peşələr milli mədəniyyətmizin bir hissəsidir və milli mədəniyyətmizi, tarixmizi sembolizə edir. Oxuyan savadlı gənclər isə həyatlarını dəyişdirəcək bir imtahana hazırlaşırlar hansı ki o imtahan nəticəsində universitetə qəbul olurlar. O abuturyentlərdəndə biri mənəm olmuşam. Mən hələ oxusamda öz peşəmi severək seçmişəm və ümüd edirəm bu peşədə iz qoyub gedərəm.

Peşədən söhbət açlıdığı vaxt görkəmli publisitimiz Nizami Gəncəvinin sözləri yada düşür

Kamil bir palançı olasada insan ,
Yaxşıdır yarımçıq paqçılıqdan.

Şairin sözlərinə istinadən desək hər kəs öz işinin peşkarı olmağa çalışmalı və gündə bir peşə deyişməməli peşəsini öz həyatının bir hissəsi kimi qəbul etməlidir. Peşə seçimi insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir. Hər birimiz ilk seçimimizi ətrafdakı insanlara baxaraq seçirik. Kimsə hansısa peşədə qabliyyəli olursa, uğur qazanırsa bizimdə ilk ağlımıza gələn o peşəni seçmək olur. Zaman zaman qərarlarımızı deyişdirmişik. Peşənin insan həyatında rolu yüksəkdir. Peşə

insaın gələcəyini təmin edir ancaq bəzən düşünəndə ki, cəmiyyətmizdə gənclərin müəyyən hissəsi işsiz və işindən narazıdır bu peşə seçmi insan həyatında önəmini göstərir. Yaxşı, seçilən peşə insan həyatına nə kimi təsirlər edir? Bu barədə psixoloqlar bunları məsləhət görmüşdür. Hər peşənin özünə xas xüsusiyyəti, iş şərtləri və təmin etdiyi imkanlar fərqlidir.

Peşə seçməmişdən əvvəl bilməyiniz lazım olanlar bunlardır

* Özünüzlə əlaqədar məlumat sahibi olmalısınız:

* Hansi mövzularla maraqlanırsınız?

* Hansı mövzularda qabiliyyətli olduğunuzu düşünürsünüz?

* Xüsusiyyətlərinizi bilirsinizmi? (Məsələn, liderlik xüsusiyyətinə sahib olduğunu düşünən , irəliləmə imkanı olmayan bir peşə seçdiyində bədbəxt ola biləcək.)

* Yaşamda ən çox nələrə əhəmiyyət verirsiniz? Pul qazanmaq, məşhur olmaq kimi

Düşünürəm ki bir gün məndə gələcəkdə öz siyasi karyeramda uğur əldə ederərək, xalqın inanmını və dəstəyini qazanaraq öz bölgəm üzrə Millət vəkili seçilərəm.

 

Qərb Universiteti
Siyasi Elmlər fakültəsi
Əli Məmmədli

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir