Modern.az

Toy və nişanla bağlı qadağa qüvvədə qaldı

Toy və nişanla bağlı qadağa qüvvədə qaldı

15 Avqust 2020, 11:58

"Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir".

 

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

 

O bildirib ki, açıq havada fəaliyyət göstərən iaşə obyektlərində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilmir:

 

"Toylar kütləvi tədbirlərdir və Nazirlər Kabinetinin qərarında kütləvi tədbirlərə icazə verilmir. Həmçinin, belə tədbirlər zamanı maskadan istifadə, sosial məsafə qaydalarını qorumaq çətin olur"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır