Modern.az

Nigeriyada Azərbaycanın Dostları Təşkilatı konsert keçirdi - Video

Nigeriyada Azərbaycanın Dostları Təşkilatı konsert keçirdi - Video

Diaspor

15 Avqust 2020, 13:36

Avqustun 14-də Nigeriyanın tanınmış sopranosu Ranti, istedadlı Azərbaycan sənətçiləri Dr Vüsala Yusif (fortepiano) və Şəbnəb Şıxaliyevanın (kanon) müşayiət və solo ifaları ilə rasizm və müharibəyə qarşı #bizsülhüdəstəkləyirik şüarı altında “Musiqi körpüsü” adı altında canlı konsert proqramı təqdim edilib. 

 

Modern.az xəbər verir ki, konsert Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilib.

 

Təşkilatın rəhbəri, Nigeriyada yaşayan soydaşımız Billurə Bayramova -Bernard konsert zamanı Azərbaycanın dahi bəstəkarları- Tofiq Quliyev, Rauf Hacıyev, Oqtay Kazımi, Nigeriya bəstəkarları və dünya bəstəkarlarının əsərlərinə müraciət edildiyini bildirib: “Əsas məqsədimiz musiqi, mədəniyyət vasitəsilə sülhün, bərabərliyin, humanizmin bəşəriyyət üçün önəmli olmasını insanlara çatdırmaq idi”.

 

Konsert canlı olaraq Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsinin və “Azeri Home Chef”in feysbuk səhifəsi üzərindən yayımlanıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır