Modern.az

Belarusdakı  azərbaycanlılar Lukaşenkonu dəstəkləyir? - Diaspor sədrindən AÇIQLAMA

Belarusdakı  azərbaycanlılar Lukaşenkonu dəstəkləyir? - Diaspor sədrindən AÇIQLAMA

Diaspor

17 Avqust 2020, 16:10

“Bəzi gənclər var ki, etiraz aksiyalarının təşkil edilməsində aktivlik nümayiş etdirir. Kimiləri Lukaşenkonun dövlət başçısı kimi qalmasını, kimiləri isə getməsini istəyir. Təbii, bu seçki prosesidir. Fərqli fikirlər var. Hesab edirəm ki, bu, normaldır. Burada yaşayan hər bir azərbaycanlı sabitliyin və sakitliyin olmasını istəyir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov prezident seçkilərindən sonrakı Belarus barədə danışarkən deyib.

Natiq Bağırovun sözlərinə görə, bu gün Belarus bir çox özəlliklərinə görə  seçilir:

“Belarus Avropanın mərkəzindədir. Geopolitik vəziyyət elədir ki, həm Rusiya, həm də Qərbi Avropa ilə bufer zonasıdır. Bir növ bir çoxları gözünü Belarusa o səbəbdən dikib ki, hansı istiqamətə inkişaf edəcək, hansı istiqamətdə dəyişiklik olacaq və sairə. Belarusun nə neft, nə də qaz yataqları var. Belarus təmizlik baxımından bütün MDB ölkələrinə  nümunədir”.

 

Konqresin sədri bildirib ki, belarus əhalisinin çoxu Lukaşenkonun tərəfindədir:

“Bir çox belaruslularla söhbət edərkən belə deyirlər: “Kimsə gəlsə Belarusu ağ günə çıxaracaqmı? Həkimlərin, müəllimlərin, fəhlələrin əmək haqqı qaldırılacaqmı?”. Cənab Lukaşenkonu neçə illərdir ki tanıyırıq. Necə ola bilər ki,  tanımadığımız şəxsi prezident seçək. Ona görə də biz azərbaycanlılar Lukaşenkonu dəstəkləyirik. Lukaşenko Belarus üçün çox işlər görüb. Belarusda kriminal vəziyyət yoxdur. Başqa respublikalarda yaşayan dostlarım  mənə zəng edib deyirlər ki, evlərə vurulan dəmir hasarları belə sökürlər. Ancaq Belarusda belə hallar yoxdur. Sakitlikdir. Düzgün nə varsa tərəfindəyik. Lukaşenko heç zaman Azərbaycanı elə-belə müdafiə etməyib. O hər zaman Azərbaycanın yanında olub, dəstəkləyib. Hər iki ölkə bir-birinə qarşı çox mehriban olub və bu həmişə belə olacaq”.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir