Modern.az

Müğənni Xatirənin toyundan ilk şəkil yayılıb - FOTO

Müğənni Xatirənin toyundan ilk şəkil yayılıb - FOTO

11 İyun 2012, 17:58

Tanınmış müğənnin Xatirə İslamın toyundan ilk şəkil sosial şəbəkələrdə yerləşdirilib. Modern.az xəbər verir ki, sosial şəbəkələrdə müğənninin toyunun  təxminən yarım saat bundan əvvəl başladığı bildirilir. Artıq Xatirə İslamın gəlinlik libasında olan toy şəkili yayımlanıb.
Bu şəkildə ağ gəlinlikdəki Xatirə, onun yanındakı isə dostu, gənc müğənni Nicatdır.

Qeyd edək ki, toyu tanınmış teleaparıcı Nərgiz Cəlilova və Xatirənin yaxın dostu müğənni Rüfət Axundov idarə edir. Toya Azərbaycan şou-biznesinin  bir çox nümayəndələri dəvət olunub. Müğənni nişan mərasimində olduğu kimi bu dəfə də toyuna heç bir KİV nümayəndəsini buraxmayacaq. Müğənni Xatirə İslamın gələcək həyat yoldaşı Fəxrəddin bəy milli ordunun sıralarında qulluq edən zabitdir. Müğənni sevdiyi adamın onun sənətinə hörmətlə yanaşdığını, bundan sonra sənətini davam etdirməsinə icazə verdiyini söyləyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi