Modern.az

Gürcüstanda azərbaycanlı deputatlığa namizəd: “Heç bir problemimizi parlamentdə qaldırmayıblar”

Gürcüstanda azərbaycanlı deputatlığa namizəd: “Heç bir problemimizi parlamentdə qaldırmayıblar”

18 Avqust 2020, 12:38

“Seçkilərə qələbə üçün qatılmışıq. Motivasiyamız tamdır. Ən önəmli aspektlərdən biri də odur ki, yeni simayam. İkincisi isə heç bir siyasi intriqalarda, çevrilişlərdə, hansısa oyunlarda, neqativ məsələlərdə bu günə kimi adım hallanmayıb. Hər zaman vətəndaş cəmiyyətləri, milli azlıqların haqları uğrunda aktiv mübarizə aparan insanlar bu yolda məni dəstəklədiklərini ifadə etdilər”.

 

Bu fikirləri Modern.az-a  "Lelo Gürcüstan Naminə" partiyasının Marneuli-Qardabani majoritar dairəsindən deputatlığa namizədi Murad Muradov oktyabrın 31-də Gürcüstanda keçiriləcək parlament seçkilərindən danışarkən deyib.

 

"Lelo Gürcüstan Naminə" Partiyasının ay yarımdır ki, fəaliyyət göstərdiyini deyən Murad Muradov  kifayət qədər  tərəfdaşlar toplamağa müvafiq olduğunu bildirib.

 

Azərbaycanlı namizəd əvvəlki fəaliyyətindən də söz açıb:

 

“Gürcüstan azərbaycanlılarının inteqrasiya mərkəzində idarə heyətinin sədri və layihələr üzrə koordinatoru olmuşam. Ona qədər özəl biznes sektorunda, müəyyən QHT-lərdə, insan haqlarının müdafiəsi ilə bağlı müxtəlif vəzifələrdə, eləcə də, təhsil sahəsində bir müddət iş stajım olub”.

 

Deputatlığa namizədin əsas hədəfi azərbaycanlıların problemlərini diqqətdə saxlamaqdır:

 

“Parlamentə deputat seçiləcəyim təqdirdə qanun layihələrinin hazırlanması, müzakirəsi, təsdiqlənməsi prosesində aktiv şəkildə iştirak etmək regionun, eləcə də, milli azlıqların problemlərini, hüquqlarını yuxarı dairələrdə səsləndirəcəm”.

 

Murad Muradov  Gürcüstan parlamentində təmsil olunan azərbaycanlıların heç bir iş görmədiklərini qeyd edib:

 

“İndiyə kimi bizi parlamentdə təmsil edən nümayəndələr ağızlarına su alıb oturmaqla məşğul olublar. 4 il otururlar, qırmızı və yaşıl düyməni basmaqla işlərini bitmiş hesab edirlər. Bu günə kimi heç bir problemimizi Gürcüstan parlamentində qaldırmayıblar. Eyni zamanda heç bir qanun layihəsi də irəli sürməyiblər. Parlamentdə oturub maaşlarını alırlar və öz bizneslərinin inkişafı haqqında düşünürlər. Əgər sən milli azlığın nümayəndəsisənsə, ən azından bir dəfə hər hansısa problemi səsləndirməli idin. Ancaq siz çıxış etmədiz. Birinci səbəb odur ki, gürcü dilini bilmirlər. İkinci səbəb isə kimlərinsə oyuncaqlarıdır. Onlara icazə verirlərsə, çıxıb danışırlar, icazə vermirlərsə, susub otururlar”.

 

Depuatlığa namizəd seçkilərdə əsas rəqiblərinin də adını açıqlayıb:

 

“Əsas rəqiblərim Vahid Milli Hərəkat Partiyasından Azər Süleymanov və hakim “Gürcü arzusu” Partiyasının namizədi Zaur Darğallıdır. Zaur Darğallı administariv və maddi resursdur. Əsas rəqiblərimdəndir. Qubernatorun müavini olduğu vaxtlarda azərbaycanlılar üçün heç nə etməyib. İndi də merdir. Mer olandan sonra ona ümidlərimiz böyük idi. Gənc və perspektivli olmasına güvənirdik. Ancaq mer kimi də bir iş görmədi. Qarşısına qoyulan tələblərin heç birini yerinə yetirmədi. İndi də deputatlığa namizədddir. Azər Süleymanova gəlincə,  onun partiyasının burada reytinqi yüksəkdir. Kimi tutub gətirsələr də partiyanın seçiciləri çoxdur. Azər Süleymanov azərbaycanlıların içində siyasi sima olaraq ən çox kirlənmiş,  ləkələnmiş siyasətçidir. 1999-cu ildən bu şəxs parlamentdədir. 21 il ərzində milli azlıqlar, azərbaycanlılar, region üçün heç bir iş görməyib. Yalnız bir neçə dəfə erməni deputatla atışmaları olub. Bunu da özünə divident qazanmaqdan ötrü edib ki, Azərbaycanda onu alqışlasınlar. Bağlı qapılar arxasında da bir yerdə oturub yeyib içən adamlardı. Özünü rəqib hesab etməsəm də partiyası rəqibdir”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir