Modern.az

Etirazçılar prezident və Baş naziri həbs etdi

Etirazçılar prezident və Baş naziri həbs etdi

Dünya

18 Avqust 2020, 23:54

Malidə üsyançılar ölkə prezidenti İbrahim Bubakar Keyta və baş nazir Bubu Sisseni həbs ediblər.

Modern.az xəbər verir ki, üsyan paytaxtdan 20 km məsafədə yerləşən Kati şəhərindəki hərbi bazada başlayıb.

Bəzi məlumatlara görə, hərbşçilərin maaşlarından narazı olduqları ilə əlaqələndirilir.

Bildirilir ki, Malinin Milli Məclisinin sədri Musa Timbine, iqtisadiyyat və maliyyə naziri Abdulla Duffu və xarici işlər naziri saxlanılıblar. Hərbçilər həbsləri davam etdirir. Mali Silahlı Qüvvələrinin Baş Qərargahı Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Camaranın rəhbərlik etdiyi Milli Qvardiya əsgərlərinin nəzarəti altındadır. Ölkənin Silahlı Qüvvələrinin yüksək komandanlığı arasında həbslər barədə məlumatlar da var.

Paytaxt Bamakoda bütün dövlət qurumları, idarələri və banklar bağlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı