Modern.az

Gürcüstanlı deputat Azərbaycanın yeni səfirindən DANIŞDI

Gürcüstanlı deputat Azərbaycanın yeni səfirindən DANIŞDI

Diaspor

19 Avqust 2020, 11:43

“Azərbaycan prezidentinin Gürcüstana yeni təyin etdiyi fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevin təyinatı təqdirəlayiqdir. Ümid edirəm ki, hər iki ölkə adına uğurlu işlər həyata keçirəcək”.

Bu fikirləri Modern.az-a Gürcüstan parlamentinin hakim “Gürcü arzusu” Partiyasında təmsil olunan azərbaycanlı deputatı Ruslan Hacıyev deyib.

Deputatın sözlərinə görə, yeni səfir Faiq Quliyev Gürcüstan ictimiayyəti üçün yad adam deyil:

“Faiq Quliyev bir müddət  Gürcüstanda işləyib. SOCAR şirkətində çalışıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini kimi fəaliyyət göstərib. Diaspor sahəsinə yaxından bələddir. Gürcüstanla və gürcülərlə yetərincə sıx əlaqəsi olan bir insandır. Bu da o deməkdir ki, Gürcüstanı daha yaxından tanıyır”.

“Ümid edirəm ki, Azərbaycan-Gürcüstan əlaqələrinin daha da möhkəmlənməsində fəal iştirak edəcək”-deyə deputat əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür