Bu gecə nəmalum şəxslər Müsavat partiyasının qərargahına girib.
Modern.az xəbər verir ki, bu barədə partiya sədri Arif Hacılı bildirib. Onun sözlərinə görə, qərargahdan oğurluq edilib.
"Dəmir barmaqlıqlar kəsilib. Pəncərələr sındırılıb. Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub.
İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır", - A.Hacılı deyib