Modern.az

Sarkisyan “Günnüt əməliyyatı”ndakı məğlubiyyətdən DANIŞDI

Sarkisyan “Günnüt əməliyyatı”ndakı məğlubiyyətdən DANIŞDI

19 Avqust 2020, 15:27

Ermənistan prezidenti keçirdiyi geniş mətbuat konfransında Azərbaycan Ordusunun keçirdiyi “Günnüt əməliyyatı”ndan da danışıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Tovuz döyüşlərini “uğur”kimi təqdim etsə də, Paşinyan hakimiyyətini “Günnüt əməliyyatı”ndakı uğursuzluğa görə tənqid edib.

“Tovuz döyüşlərində etdiklərimizi 2018-ci ilin may-iyun aylarında Naxçıcan istiqamətində də təkrarlamalıydıq. Bu çox vacib idi”.

 

Sarkisyan dolayısı ilə Paşinyan hakimiyyətini “Günnüt əməliyyatı”ndakı uğursuzluqda ittiham edib. O, Aprel döyüşlərindəki məğlubiyyətlə bağlı şəxsi məsuliyyətdən də boyun qaçırıb. Sarkisyan Tovuz döyüşlərinə görə, 71 hərbçinin yüksək mükafat və ordenlə layiq görülməsini də siyasiu motivli qərar sayıb.

 

Xatırladaq ki, 2018-ci ilin mayında Azərbaycan ordusu Naxçıvanın Günnüt kəndini, həmçinin, Xunur, Ağbulak, Qızılqaya və s. yüksəklikləri daxil olmaqla 110 kvadrat kilometr ərazisini işğaldan azad edib. Yeni mövqelərdən Ermənistandan Qarabağa gedən yola tam nəzarət etmək mümkündür.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?