Modern.az

Terrorçular yüzlərlə mülki şəxsi girov götürüb

Terrorçular yüzlərlə mülki şəxsi girov götürüb

Dünya

19 Avqust 2020, 23:35

Nigeriyada “Qərbi Afrikada İslam dövləti” terror qruplaşmasının silahlıları ölkənin şimal-şərqində yerləşən Kukava şəhərinə hücum edərək yüzlərlə mülki şəxsi girov götürüb.

Modern.az xəbər verir ki, bu barədə yerli polis idarəsinin rəhbəri məlumat verib.

Hazırda təhlükəsizlik xidmətinin əməkdaşları girovları azad etmək üçün tədbirlər görür.

Qeyd edək ki, 2015-ci ilin yazında “Boko Haram” terror qruplaşması parçalanıb və bir qrup İŞİD-ə qoşulduqlarını elan edib. Yeni qruplaşma İŞİD tərəfindən tanınıb və “Qərbi Afrikada İslam dövləti” adlandırılıb. Terror qruplaşmasının əsas nöqtələri Çad gölünün cənub və cənub-qərbində, Nigeriya, Çad, Kamerun və Nigerin sərhədlərinin kəsişməsində yerləşir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü