Modern.az

Rus yazıçılarının əsərləri Azərbaycan dilində nəşr olunacaq

Rus yazıçılarının əsərləri Azərbaycan dilində nəşr olunacaq

19 Yanvar 2010, 12:44

Yaxın günlərdə “Dünya Ədəbiyyatı” jurnalının dəstəyi ilə 2 kitab işıq üzü görəcək. Kitablardan biri görkəmli rus yazıçısı Andrey Platonun hekayələrindən, digəri isə ötən əsrin əvvəllərində Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olmuş yazıçı-pedaqoq Vinsan Krevenin  “Şərq hekayətləri” ndən bəhs edəcək. Bu barədə Modern.az-a məlumat verən “Dünya Ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğlu bildirib ki, əsərləri dilimizə Rusiyada yaşayan həmyerlimiz Mahir Həmzəyev tərcümə edib. Qeyd edək ki, nəşrə hazırlanan kitablarda görkəmli Azərbaycan şairi Abdulla Şaiqin yazdığı məqalə də yer alacaq.

Jalə Rzabəyli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir