Modern.az

Məhkəmə icra başçısı haqqında həbs qərarı verdi - YENİLƏNİB

Məhkəmə icra başçısı haqqında həbs qərarı verdi - YENİLƏNİB

20 Avqust 2020, 13:50

Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

 

Modern.az xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmə icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçib.

***

13:07

Kürdəmirin icra başçısı Ceyhun Cəfərov məhkəməyə gətirilib.

 

Modern.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra  başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilib.

 

İcra başçısı barəsində həbs qətimkan tədbirinə Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

 

Qeyd edək ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

 

Əməliyyat zamanı icra başçısı ilə yanaşı başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanıldığı bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir