Modern.az

Baş Prokurorluq qadınların törətdiyi cinayətlərin statistikasını AÇIQLADI

Baş Prokurorluq qadınların törətdiyi cinayətlərin statistikasını AÇIQLADI

Hadisə

21 Avqust 2020, 12:34

2019-2020-ci illər ərzində qadınlar tərəfindən və qadınlara qarşı törədilən cinayətlərin statistikası məlum olub.

 

Modern.az-ın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.

 

“2020-ci ilin birinci yarımilində qadınlar tərəfindən 463, 2019-cu ildə isə 1039 cinayət törədilib. 2020-ci ilin birinci yarımilində qadınlara qarşı 1291, 2019-cu ildə isə 3091 cinayət törədilməsi baş verib”, - deyə Baş Prokurorluqdan bildirilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!