Modern.az

“Şirek Azərbaycana gəlir”

 “Şirek Azərbaycana gəlir”

19 Yanvar 2010, 13:09

Uşaq Teatrı yazıçı-dramaturq Elçin Hüseynbəylinin uşaqlar üçün yazdığı  yeni tamaşanı səhnələşdirəcək. Tamaşa “Şirek Azərbaycana gəlir” adlanır. Məşhur nağıl qəhramanı olan Sirek əsərdə Azərbaycanın nağıl qəhramanları ilə bir səhnədə çıxış edəcək. Tamaşanın maraqlı alınacağına inanan müəllif Modern.az-a bildirib ki, tamaşa komediya janrında yazılıb. Qeyd edək ki, tamaşanın rejissoru Uşaq teatrının direktoru, rejissor İntiqam Soltandır.

Jalə Rzabəyli

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər