Modern.az

Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatdı

Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatdı

Dünya

30 Avqust 2020, 15:58

Türkiyənin Giresun vilayətində baş verən sel fəlakətində ölənlərin sayı 10 nəfərə yüksəlib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib.

 

Nazir deyib ki, xilasedici qüvvələr sel sularında itkin düşən 5 nəfərin fasiləsiz axtarışlarını davam etdirir.

 

Qeyd edək ki, Giresunun Dereli rayonunda  avqustun 22-i yerlii vaxtla saat 15.00-dan başlayan leysan yağışları nəticəsində  Aksu çayı daşaraq sel və sürüşmə fəlakətinə səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır