Modern.az

Qubadlının işğalının 27-ci ildönümü ilə bağlı möhtəşəm layihə - VİDEO

Qubadlının işğalının 27-ci ildönümü ilə bağlı möhtəşəm layihə - VİDEO

31 Avqust 2020, 12:22

Əsli Qubadlıdan gənc fəal Orxan Quluzadə Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümünə layihə həsr edib.

 

Modern.az xəbər verir ki, O.Quluzadə qeyd edib ki, üzərində çalışdığı “Zəfər-Qarabağ” layihəsi qısa zamanda ərsəyə gəlib:

 

“Bu gün ata yurdum, doğma torpağım olan Qubadlının işğal olunduğu gündür. Ən ülvi arzularımdan biri işğal olunmuş bütün torpaqlarımızın, o cümlədən də Qubadlının azad olunması və insanlarımızın öz dədə-baba yurdlarına qayıda bilməsidir. Çox istəyirəm ki, yaxın zamanda Qubadlıda olum, oranın suyundan içim, tər-təmiz havası ilə nəfəs alım.

 

2016-cı ilin Aprel döyüşləri və bugünlərədək baş verənlər inamımı daha da möhkəmləndirib.

 

Əminəm ki, Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin iradəsi, Türkiyə Cümhuriyyətinin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın möhtəşəm mövqeyi, Ordumuzun gücü və xalqımızın dəstəyi ilə bu, mütləq baş verəcək!

 

Əli silah tutmağa hazır olan doğmalarımla birgə, bizlər də bu haqq işində hər zaman dövlətimizin yanındayıq.

 

Verdiyimiz bütün şəhidlər hər birimiz kimi mənim də iç dünyamı silkələdi. Keçirdiyim hisslər, Cənab Prezidentin qətiyyətli mövqeyi, Azərbaycana dost ölkələrin, xüsusən qardaş Türkiyənin dəstəyi məni çox duyğulandırdı. Bir vətənpərvər gənc olaraq mən də içimdən gələn hisslərimi bir layihəyə çevirməyə qərar verdim”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi