Modern.az

Qarabağ qazisi pişiyi xilas etmək üçün 9-cu mərtəbəyə dırmaşdı

Qarabağ qazisi pişiyi xilas etmək üçün 9-cu mərtəbəyə dırmaşdı

Diaspor

1 Sentyabr 2020, 13:29

Rusiyanın Novosibirsk şəhəri Azərbaycandan olan qəhrəmandan danışır.

Modern.az xəbər verir ki, Məhərrəm Kərimov adlı soydaşımız Novosibirskin Oktyabrsk rayonunun Ttayana Snejnaya küçəsində binanın 9-cu mərtəbəsində köməksiz vəziyyətdə qalmış pişiyi  xilas edib.

 

Həyatını riskə ataraq binanın balkonları ilə 9-cu mərtəbəyə qədər qalxan Məhərrəm Kərimov pişiyi aşağı düşür. Onun addımı bina sakinlərinin alqışı ilə müşaiyət olunub. Təəssüf ki, xəstəxanaya çatdırılan pişin həyatını xilas etmək mümkün olmayıb.

Sərbəst güləş üzrə çempion olan Məhərrəm Kərimov 4 il Qarabağ müharibəsində döyüşdüyü məlum olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir