Modern.az

Tanınmış idmançı İngiltərədə diaspor sədri oldu

Tanınmış idmançı İngiltərədə diaspor sədri oldu

3 Sentyabr 2020, 11:53

Böyük Britaniyada Azərbaycan diasporunu gücləndirmək məqsədilə "Britaniya Azərbaycanlıları Assosiasiyası" adlı cəmiyyət yaranıb. Cəmiyyət soydaşlarımız arasında həmrəyliyi və birliyi möhkəmləndirəcək. Assosiasiyaya tanınmış idmançı Hafiz Baxşəliyev rəhbər təyin olunub.

Hafiz Baxşəliyev yeni yaranan cəmiyyətlə bağlı fikirlərini Modern.az-a bildirib.

"Birləşmiş Krallıqda "British Azerbaijani Association" (Britaniya Azərbaycanlıları Assosiasiyası) adlı yeni bir cəmiyyət yaradırıq. Məni bu vəzifəyə rəhbər olmağa layiq görən təsisçilər qrupuna dərin təşəkkürümü bildirirəm. Britaniyada bu cəmiyyətə rəhbər olmağa məndən daha layiqli şəxslər olduğuna əminəm, amma başlanğıc üçün bu ağır yükü üzərimə götürməkdən imtina etməməyi həqiqi bir azərbaycanlı olaraq özümə borc bildim. Sizlərin də dəstəyi ilə bu şərəfli iş uğrunda mübarizə apararaq vətənimizi bu ölkədə layiqincə təmsil edib, vətəndaşlarımızın birliyini, bərabərliyini təmin etmək və birlikdə düşməndən daha güclü olmağımıza çalışacağıq".


Elnur Eltürk

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir