Efiopiya hökuməti internet istifadəçiləri arasında Skype və Google kimi internet xidmətlərindən istifadəni qadağan edib. Modern.az-ın Türkiyə mətbuatına istifadən verdiyi məlumata görə, Efiopiya hökumlətinin qəbul etdiyi yeni qanuna əsasən Skype və Google-dan istifadə edənlərin 15 il azadlıqdan məhrum ediləcəyi gözlənilir. Hökumətin bu addımı əhali arasında narazılıqla qarşılanıb. İnternetə qarşı amansız olan Efiopiya rəhbərliyi tərəfindən bundan sonra da bu istiqamətdə radikal mübarizənin davam etdirəcəyi haqda xəbərdarlıq edilib.
Qeyd edək ki, 84 milyon əhalisi olan bu ölkədə cəmi 700 min internet istifadəçisinin olduğu bildirilir.
Anar RÜSTƏMOV