Modern.az

Kanadada azərbaycanlılara xəsarət yetirən ermənilərin işi nə yerdədir?

Kanadada azərbaycanlılara xəsarət yetirən ermənilərin işi nə yerdədir?

Diaspor

4 Sentyabr 2020, 11:40

Bir neçə müddət bundan qabaq Kanadada ermənilər azərbaycanlılara xəsarət yetirmişdilər. Torontonun azərbaycanlılar yaşayan bölgəsində soydaşlarımızın maşınları əzilmiş, onlara qarşı digər fiziki təzyiqlər olmuşdu.

Hazırda azərbaycanlılara xəsarət yetirən ermənilərin işi nə yerdədir?

 

Torontoda yaşayan azərbaycanlı jurnalist, Global Journalism Council-in Kanada təmsilçisi Lalə Musaqızı Modern.az-a açıqlamasında bildirib ki, ümumilikdə sakitlikdir:

“Məhkəməyə  verilən ermənilərlə bağlı hələlik heç bir xəbər yoxdur. İstintaq davam edir”

Xatırladaq ki, avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək, orada yaşayan iki soydaşımıza qarşı təxribat törədiblər.

 

Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən, cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfəri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətçə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılıb və müvafiq tədbirlər həyata keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?