Modern.az

Livandan Ermənistana və Qarabağa 1300 erməni köçürülüb

Livandan Ermənistana və Qarabağa 1300 erməni köçürülüb

Qarabağ

7 Sentyabr 2020, 11:13

Livandan Ermənistana və Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına kütləvi köç davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən gün Beyrutdan gələn təyyarə reysi ilə Yerevana daha 185 erməni  gətirilib. Son 2 ayda bu Beyrut-Yerevan marşrutu üzrə sayca 10-cu təyyarə reysidir. Bu təyyarə reysləri ilə toplan 1300 erməni Livandan Ermənistana gətirilib.

Xatırladaq ki, Livan ermənilərinin bir qismi Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə - Xankəndi, Şuşa şəhərlərinə, Laçın və Kəlbəcər rayonlarının ərazisinə yerləşdirilir.

   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi