Modern.az

Ukrayna səmasında "Qarabağ Azərbaycandır!" şüarı nümayiş etdirilib

Ukrayna səmasında

Diaspor

7 Sentyabr 2020, 12:55

Ukraynada “Qarabağ Azərbaycandır!” şüarı ilə maraqlı aksiya təşkil edilib.

 

Modern.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya zamanı üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılan hava şarı səmaya qaldırılıb. Hava şarını Kiyev və Jitomir şəhərlərindən, eləcə də ətraf ərazilərdən müşahidə etmək mümkün olub.

 

UABD sədri Hikmət Cavadov bildirib ki, aksiyanı keçirməkdə məqsəd yerli ictimaiyyətə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri çatdırmaqdır və bu cür aksiyaların davamlı olaraq təşkil edilməsi nəzərdə tutulur.

 

Bir saatdan çox davam edən aksiya zamanı üzərində “Qarabağ Azərbaycandır!” yazılan hava şarı səmada dövr edib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 4-də Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatı ilə çıxış edib. Dövlət başçısının bu bəyanatından sonra "Qarabağ Azərbaycandır!" ifadəsi xaricdə yaşayan soydaşlarımızın keçirdikləri bütün aksiyaların əsas şüarlarından birinə çevrilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir