Arxiv
9 Sentyabr 2020, 09:37 | DİASPOR
Moskvada həbs olunan azərbaycanlılardan xəbər - Apellyasiya Məhkəməsindən cavab gözlənilir

Tovuz döyüşlərindən sonra Azərbaycan diasporunun toparlanmasına sivil qaydada cavab verə bilməyən erməni lobbisi demək olar ki, bütün ölkələrdə soydaşlarımıza qarşı barbarlıq nümayiş etdirdilər.

Azərbaycanlıları təxribata çəkməkdən tutmuş, fiziki təzyiqlərə məruz qoymağa qədər iyrənc üsullara əl atan erməni diasporuna qarşı çıxan soydaşlarımızdan bəziləri hələ də Moskvada həbsdə saxlanılır.

Moskva Azərbaycanlıları icmasının sədri Şamil Tağıyev Modern.az-a açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı iş gedir:

“Həbs olunanların işi ilə vəkillər maraqlanır. Saxlanılan azərbaycanlılara 2 aylıq həbs qəti imkan tədbiri seçilib. Həmin qərara qarşı vəkillər tərəfindən Apellyasiya Məhkəməsinə də müraciət edilib. Apellyasiya Məhkəməsindən cavab gözlənilir. Hazırda hadisə ilə bağlı iş gedir”.

Şamil Tağıyevin sözlərinə görə, Azərbaycan məsələni diqqətdə saxlayır:

“Bu məsələ ilə bağlı həm Azərbaycan səfirliyi, həm də Azərbaycan diasporu yaxından maraqlanır və məsələ diqqətdədir”.

Qeyd edək ki, bu ilin iyulunda Moskvada ermənilər azərbaycanlılara qarşı təxribatlar törətmişdilər və qarşıdurma yaranmışdı. Kütləvi dava və soyğunçuluq hadisələri ilə bağlı cinayət işləri açılıb. Azərbaycanlılar arasında da saxlanılanlar var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv