Modern.az

“Qarabağ məktəbləri”ndəki son durum...

“Qarabağ məktəbləri”ndəki son durum...

Diaspor

9 Sentyabr 2020, 10:31

2019-ci il ərzində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması, milli-mədəni irsin təbliği, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində 524 layihə və tədbir həyata keçirilib.

Həmin layihələrdən biri də “Qarabağ məktəbləri”nin fəaliyyətə başlamasıdır. Hazırda Polşa, Fransa, İsveçrədə “Qarabağ məktəbi” fəaliyyət göstərir. Maraqlıdır, yeni tədris ilində “Qarabağ məktəbi” fəaliyyətini necə davam etdirəcək? Pandemiya səbəbindən müraciət edənlər varmı?

Modern.az bu məsələ ilə bağlı son durumu öyrənib.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının (FAKŞ) əlaqələndiricisi Toğrul Zeynalov saytımıza açıqlamasında bildirib ki, dərslər davam etdiriləcək:

““Qarabağ məktəbi” fəaliyyətə sentyabrın 15-də başlayacaq. Hazırda valideynlərlə və müəllimlərlə görüşlər keçirilir. Çalışırıq ki, pandemiya səbəbindən şagirdlər minimum risklə məktəbə gəlib-gedə bilsinlər. Hazırlığımız bu yöndədir. Bu ildən yeni fənlərin də tədrisinə başlanılacaq. Musiqi dərsləri də keçiriləcək. İstedadı və marağı olanlar müraciət edə bilərlər”.

İsveçrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi və "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirovun sözlərinə görə, məktəb tam qaydalara uyğun formada fəaliyyətini davam etdirəcək:

“Təbii ki, məktəbdə övladlarının təhsil almasını istəyən valideynlər çoxdur. Müraciətlər də çoxalır. Biz də tam olaraq qaydalara uyğun formada dərslərimizi keçəcəyik. Çünki hər kəs övladının məktəbdə dərs almasını istəyir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı