Modern.az

 “Qarabağ saatı” verilişi yayıma başladı

 “Qarabağ saatı” verilişi yayıma başladı

Diaspor

10 Sentyabr 2020, 11:40

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının və beynəlxalq ictimaiyyətin Qarabağ həqiqətləri ilə bağlı daha müfəssəl məlumatlandırılması üçün yeni TV layihələri həyata keçirir. 

 

Komitədən Modern.az-a bildirilib ki, bu qəbildən olan “Qarabağ saatı” verilişinin ilk buraxılışı yayımlanıb və veriliş Dağlıq Qarabağ Muxtar Vilayətinin hansı məqsədlə yaradılmasına həsr olunub. Verilişdə  xaricdə yaşayan azərbaycanlı gənclərin sualları cavabıandırılıb. 

 

Diaspor TV-də, Komitənin sosial media resurslarında və “Qarabağ Azərbaycandır” milli platformasının youtube kanalında yayaımlanan proqram  AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Qarabağ Araşdırmaları Mərkəzi ilə birgə hazırlanır. Tarixi fakt və sənədlərlə zəngin olan “Qarabağ saatı” verilişini siyasi elmlər doktoru, professor Elçin Əhmədov təqdim edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır