Modern.az

Avropa əhalisinin 17 faizi yoxsulluq şəraitində yaşayır

Avropa əhalisinin 17 faizi yoxsulluq şəraitində yaşayır

Dünya

20 Yanvar 2010, 14:27

Avropa İttifaqı ölkələrinin əhalisinin təxminən 17 faizi yoxsulluq şəraitində yaşayır, 10 faizinin isə bu qış evini qızdırmaq üçün kifayət qədər maliyyə imkanı yoxdur. Modern.az xəbər verir ki, bu barədə  Avropa İttifaqının statistika xidməti – Avrostatın məlumatında bildirililir. Məlumata görə, Avropa İttifaqının 27 ölkəsində  yoxsulluğun səviyyəsi 2005-ci ildən dəyişməz qalır. İttifaqın 500 milyon əhalisinin 17-18 faizi yoxsuldur.

Yoxsulların sayı Latviyada 26 faiz, Rumıniyada 23 faiz, Bolqarıstanda 21 faizdir. Ən kiçik göstərici Çexiyada qeydə alınıb.  Hollandiya və Slovakiyanın hər birində yoxsullar əhalinin 11 faizini təşkil edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?