Modern.az

Adil Qeybullaya Tofiq Yaqublunu müayinə etməyə İCAZƏ VERİLDİ

Adil Qeybullaya Tofiq Yaqublunu müayinə etməyə İCAZƏ VERİLDİ

Hadisə

11 Sentyabr 2020, 13:16

Penitensiar Xidmət həkim Adil Qeybullanın  Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.


Modern.az
-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib.


Vəkilin sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq.
 

Qeyd edək ki, Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib.

Tofiq Yaqublu həbsinə etiraz əlaməti olaraq artıq 10-cu gündür aclıq aksiyası keçirir. Ailəsi onun durmunun yaxşı olmadığını bildirir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!