Modern.az

Bu sərnişinlər metroya BURAXILMAYACAQ

Bu sərnişinlər metroya BURAXILMAYACAQ

11 Sentyabr 2020, 16:08

Bakı metrosunun fəaliyyəti bərpa olunduqdan sonra stansiyalara daxil olan sərnişinlərin hərarəti ölçüləcək.

 

Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, sərnişinlərin hərarəti seçmə üsulu ilə ölçüləcək:

“Günün pik saatlarında bütün sərnişinlərin hərarətini ölmək mümkün olmayacaq. Bakı metrosunun xüsusi təlimat keçmiş stansiya işçiləri bu işə cəlb olunacaqlar. Zahirən virus təhlükəsində şübhəli bilinən sərnişinlərin hərarəti yoxlanacaq. Hərarəti olan sərnişinlər metroya buraxılmayacaq.

 

Ümumiyyətlə, sərnişinlərimiz sanitar-gigiyenik normaların tələblərinə nə qədər çox düzgün riayət etsələr, “Bakı Metropoliteni”nin fəaliyyəti bir o qədər təhlükəsiz və rəvan qaydada davam etdiriləcək”.

 

B.Məmmədov həmçinin deyib ki, gecə növbələrində metropolitendə əsaslı dezinfeksiya işləri aparılacaq:

“Stansiayalarda əllə təmas olunan bütün səthlər gün ərzində 6 dəfə dezinfeksiya ediləcək. Ehtiyac yaranarsa, daha çox dezinfeksiya işləri aparıla bilər. Depoda olan qatarlar açıq hava şəraitində havalandırıldıqdan sonra dezinfeksiya ediləcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir