Modern.az

Sabiq baş nazir korrupsioner kimi həbs olundu

Sabiq baş nazir korrupsioner kimi həbs olundu

21 İyun 2012, 00:43

İyunun 20-də Rumıniyanın keçmiş Baş Naziri Adrian Nastase korrupsiya cinayətində ittiham olunaraq həbs edilib. (AzərTAc)
Adrian Nastase Rumıniya tarixində birinci siyasi liderdir ki, 1989-cu il kommunizm quruluşu dağıldıqdan sonra korrupsiya cinayətində ittiham olunaraq Rumıniya Ali Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum olunub. 
A.Nastase 2000-2004-cü illərdə Rumıniyanın Baş Naziri vəzifəsində işləyib. Keçmiş Baş Nazir ona qarşı açılmış işin siyasi motivli olduğunu deyib. 
İttihamçılar isə bildiriblər ki, şirkətlər və dövlət agentlikləri 2004-cu ildə keçirilmiş konfransda iştirak etmək üçün haqq ödəməyə məcbur ediliblər. A.Nastasenin 2004-cü ildə prezident seçkilərində namizəd kimi apardığı kampaniyasında bu vəsaitdən istifadə olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər