Modern.az

Bu Beynəlxalq Film Festivalının vaxtı dəyişdirildi

Bu Beynəlxalq Film Festivalının vaxtı dəyişdirildi

13 Sentyabr 2020, 09:34

Cənubi Koreyanın Pusan şəhərində keçirilməsi nəzərdə tutulan 25-ci beynəlxalq film festivalının vaxtı dəyişdirilib.

 

Modern.az tədbirin təşkilat komitəsinə istinadla xəbər verir ki, festival əvvəlcə planlaşdırıldığı kimi oktyabrın 7-16-da deyil, 21-30-da keçiriləcək. Beynəlxalq festivalın vaxtının dəyişdirilməsinə səbəb Cənubi Koreyada COVID-19 infeksiyasına yoluxma hallarının çoxalmasıdır.

 

Təşkilatçılar açılış və bağlanış mərasimləri, film müzakirələri də daxil olmaqla, bütün kütləvi tədbirləri ləğv edib. Bundan başqa, tədbirə xaricdən heç bir qonaq dəvət olunmayacaq. Yalnız seçilmiş filmlər Pusan Kino Mərkəzində nümayiş olunacaq, Asiya film bazarı, festivalın forumu və digər tədbirlər isə onlayn rejimdə keçiriləcək.

 

Bildirilir ki, əgər ölkədə hazırda davam edən 2-ci dərəcədə sosial məsafə tədbirləri davam edərsə və ya 1-ci dərəcəyə qaldırılarsa, festivalın builki buraxılışının tamamilə ləğv edilməsi də gündəlikdədir.

 

Qeyd edək ki, Pusan Beynəlxalq Film Festivalı Asiyada ən nüfuzlu kino tədbirlərdən hesab olunur. Festival 1996-cı ildən bəri hər il təşkil olunur. Ötən ilki buraxılışda 85 ölkədən 299 film nümayiş olunmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir