Modern.az

\"Yasnaya Polyana\" ədəbi mükafatının qısa siyahısı

\

13 Sentyabr 2020, 09:43

Rusiyanın “Yasnaya Polyana” ədəbiyyat mükafatının “Müasir rus prozası” nominasiyasında qısa siyahısı açıqlanıb.

 

Modern.az Lenta.ru-ya istinadən xəbər verir ki, qısa siyahıya altı yazıçının əsərləri daxil edilib.

 

Siyahıda Andrey Astvasaturovun “Qutanları yemləməyin və onlara toxunmayın”, Sergey Belyakovun “Xalqların baharı”, Kseniya Bukşanın “Çurov və Çurbanov” romanları, eləcə də Sofiya Siniskayanın, Saşa Filipenkonun və Yevgeni Çijovun əsərləri daxildir.

 

“Müasir rus prozası” müasir müəlliflərin insansevərlik ideyaları daşıyan əsərlərinə verilir. Nominasiyanın bu il üçün mükafat fondu 3 milyon rubl təşkil edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür