Modern.az

“Ermənistanın işğal olunmuş ərazilərdə apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir” - Hikmət Hacıyev

“Ermənistanın işğal olunmuş ərazilərdə apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir” - Hikmət Hacıyev

13 Sentyabr 2020, 22:39

Avropa İttifaqının nüfuzlu “Bridge” analitik-informasiya portalı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma siyasəti barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin şərhini dərc edib.

Modern.az xəbər verir ki, ingilis dilində dərc edilmiş şərhdə son günlər bu torpaqlara Livandan olan etnik ermənilərin köçürülməsindən xəbər verilir. Qeyd olunur ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir.

Vurğulanır ki, Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən Ermənistan bu faciədən, insanların iztirablarından özünün çirkin məqsədləri naminə sui-istifadə edir. Bununla da Ermənistan onun üçün heç bir mənəvi dəyərlərin olmadığını nümayiş etdirir.

H.Hacıyevin şərhində deyilir ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılmış əhali faktiki olaraq Ermənistanın məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevrilir.

“Hamı bilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir hüquqi qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tamamilə rədd edir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir”, - deyə Azərbaycan Prezidentinin köməkçisinin şərhində bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi