Modern.az

Bakıda Universitet professoru vəfat etdi

Bakıda Universitet professoru vəfat etdi

15 Sentyabr 2020, 23:18

Azərbaycan Texniki Universitetinin (AzTU) "Azərbaycan dili və pedaqogika” kafedrasının professoru Əzizə Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə Universitetin mətbuat xidmətindən bildirilib.

Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2001-2005-ci illərdə AzTU-nun “Azərbaycan dili və pedaqogika” kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.

2005-ci ildən dosent vəzifəsinə seçilib.

AzTU-nun rəhbərliyi və kollektivi Əzizə Mikayılovanın vəfatından kədərlənib, yaxınlarına səbr diləyib.

Allah rəhmət eləsin!

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir