Modern.az

Hollandiyada azərbaycanlı partizanın heykəli açılacaq

Hollandiyada azərbaycanlı partizanın heykəli açılacaq

21 İyun 2012, 17:51

İyunun 27-də Hollandiyanın Ostervijk şəhərində Azərbaycan Səfirliyinin xətti ilə həmyerlimiz Məmməd Məmmədovun heykəlinin açılısı olacaq.  Bu haqda Modern.az-a Hollandiyada yaşayan həmyerlimiz, jurnalist Xatirə Abdullazadə məlumat verib. Onun sözlərinə görə? Azərbaycandan Diasporla İş üzrə Dövlət  Komitəsinin sədri Nazim İbrahimov Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Məmməd Məmmədovun doğulduğu Zaqatala şəhərindən qonaqlar açılış mərasiminə dəvət olunublar.

Qeyd edək ki, Məmməd Məmmədov II Dünya Müharibəsinin iştirakçısı olub, müharibə zamanı almanlara əsir düşüb. Əsirlikdən qaçaraq Hollandiyaya keçib. Partizan hərəkatına qoşulub və o vaxtdan Hollandiyanin fəxri sakini seçilib. Həmyerlimiz Məmməd Məmmədov Niderland Kral ailəsinin şərəf qonağı olub "Oranje Nastau" ordeninə, medallara layiq görülüb. Məmməd Məmmədov Hollandiyada tanınmış bir azərbaycanlı olaraq yaşayıb və hələ də yad edilir. 9 may günündə Ostervijk şəhərinin sakinləri həmyerlimizin məzarı üstünə toplaşırlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub