Modern.az

Türkiyənin azərbaycanlı həkimi: “O qədər mürəkkəb bir virusla üz-üzəyik ki…” - MÜSAHİBƏ

Türkiyənin azərbaycanlı həkimi: “O qədər mürəkkəb bir virusla üz-üzəyik ki…” - MÜSAHİBƏ

16 Sentyabr 2020, 09:30

Aynur Quliyeva: “Koronavirusun müalicəsində önəmli dəyişiklik gözləyirik”  

 

Bu ilin əvvəlindən dünya COVID-19 adlı virusla mübarizə aparır. Hələ ki dünyanın ən inkişaf etmiş ölkələri və beynəlxalq səhiyyə sisteminin də qarşısında aciz qaldıgı koronavirus hər ay demək olar ki, yeni xüsusiyyətini ortaya çıxarır. Virusun ilk yayıldıgı vaxtlarda daha çox yaşlı insanlar risk kateqoriyasına daxil edilirdisə, indi vəziyyət başqadır. “Virusa gənclər yoluxmur” arxayınlıgı durumu daha agır hala gətirdi. Hətta bu arxayınlıq uşaqlara da aid edilə bilməz.
Bu günlərdə məktəblər və bagçalar mərhələli şəkildə açılmaga başlayır. Türkiyənin Mərmərə Universitetində çalışan uşaq xəstəlikləri həkimi Aynur Quliyeva ilə bu həssas dönəmdə virusun uşaqlar üzərindəki təsirindən danışdıq. Modern.az onunla söhbəti təqdim edir:

- Aynur xanım,  COVID-19 virusu bir neçə aydır dünyanı çənginə alıb. Son zamanlar Türkiyədə yoluxma yenidən artıbn. Öncə ondan başlayaq ki, yoluxmanın artması insanların qaydalara əməl etməməsi ilə bağlıdır, yoxsa koronavirusun xüsusiyyəti budur?  

- Bildirniz kimi, COVID-19 ilk olaraq Çində ortaya çıxdı və qısa müddətdə dünyaya yayıldı. İlk başda bunun qısa müddətli olacağı və ya mövsümlə əlaqədar azalacağı düşünülsə də, sonra əksini gördük. İlk başlanğıcda insanlar bilmədiyi bir xəstəliklə qarşı- qarşıya idi, sonra yavaş yavaş bu xəstəlikə uyğunlaşmağa başladılar, belə desək, virusa adət etdilər. Bir növ virusu qəbul etdilər, qorxuları azaldı. Bu da tədbirsizliyə gətirib çıxardı. Bu hal bütün dünyada eyni cür oldu. İnsanlar artıq qapalı həyat tərzini rədd edirlər.  Bu xəstəliyin daha nə qədər davam edəcəyi bilinmir.  Uzun müddətli karantin rejimi həm cəmiyyətin axınına, həm də insanların psixoloji vəziyyətinə mənfi təsir edir. Durumun iqtisadi zərəri də başqa bir məsələdir. O uzdən artıq həyat normallaşmaga məcbur idi. Amma biz buna kontrollu yaşam deyirik. Təəssüf ki, bəzi insanlar konturolsuz yaşamı seçdikəri üçün virusa yoluxma artır.

İnsanlar bu xəstəliyin ciddiliyinin  fərqində olub qaydalara əməl  etməlidirlər ki, virus ən az ziyanla keçib getsin. Düşünün, silahınız yoxdu və düşmənin önündə müdafəsizik.

- Siz uşaq agciyər xəstəlikləri həkimisiniz. Pandemiya yayılandan belə bir deyim var: uşaqlar koronavirusa yoluxmur. Sizcə koronovirus yaş ayrımı edirmi? 

- Bu xəstəlik hər yaşda insanlarda aşkar oluna bilər. Hətta yeni doğulan körpə uşaqlarda da görülüb. Amma böyüklərə nisbətən uşaqlarda daha az aşkarlanır və yüngül formada keçir. Bu o demək deyil ki, uşaqlarda ağırlaşma yoxdur, bəzən uşaqlar da xəstəliyi ağır keçirir. Xüsusilə yan xəstəliyi olan uşaqlara ciddi təsir edir.  

- Allergiyası, ağciyər xəstəliyi, bronxit və astması olan usaqların digər sağlıqlı uşaqlara nisbətən bu virusa yoluxması daha risklidirmi? 

-
Virus immunitetlə savaşır. İmmuniteti zəif olanlar virusa uduzur. Amma digər viruslardan frqli olaraq COVID-19 ağciyərdə daha fəal çalışır və mübarizə aparır. Ağciyər infeksiyası və ağırlaşma əsas xüsusiyyətidir.  Astma və ağciyərə bağlı xəstəliyi olan uşaqlar ona görə daha həssaslıqla qorunmalıdır. Amma o qədər mürəkkəb bir virusla üz-üzəyik ki, bir də görürsən heç bir xroniki xəstəliyi olmayan insan da ağırlaşır və dünyasını dəyişir.  Ona görə koronovirusla bağlı konkret danışmaq olmur. Hər gün xarakter dəyişən virusla bağlı məsləhət vermək də çətindir. Sadəcə, 14 qayda var ki, hamımız onlara əməl edərək yaşamağa davam etməliyik.  

- Məktəblər və bağcalar açılır. Təbii olaraq ailələr narahatdır. Uşaqlar necə qoruncaq? Maska taxılmalıdırmı?  

- Özümüzü və uşaqları  bu xəstəlikdən qorumaq bizim vəzifəmizdir, Onlara təmizliyə riayət etməyi, əlləri tez-tez yumağı, ağız və buruna maska taxmagı aşılamaq lazımdır. Uşaqlara dərs oxumaq necə vacibdirsə, təmizlik və virusdan qorunma qaydaları da o qədər önəmlidir. Düzdür, məktəblərdə uşaqlara bu qaydalara əməl etmək asan olmayacaq. Amma əməl olunması üçün çalışılmalıdır. Maska taxmaq isə 5 yasından sonra məsləhət görülür. Kiçik uşaqlarda ağciyər tam formalaşmadıgı üçün maska onlara mane olar və ağciyər inkişafına təsir edə bilər.  

- Koronovirus peyvəndi hələ tapılmayəb. Amma digər peyvəndlər var. Bu aralar Türkiyədə pnevmaniya peyvəndinə tələb artıb. Qrip peyvədi isə oktyabr ayında başlayacaq. İndidən əczaxanalar tələbin bir neçə dəfə artdığını deyir. Sizcə, bu peyvəndlər  vurulmalıdırmı?

- Peyvənd mövzusuna gəldikdə, bu, çox önəmli bir nüansdır. İndiyə kimi görülən ağır xəstəliklərin bəzilərinə qarşı peyvənd tapılmış və bunun nəticəsində qarşısı alınmışdı. Əgər COVID-19 infeksiyası bəzi digər xəstliklərlə birlikdə olarsa, sağalmaq ehtimalı çox-çox azalır. Ona görə xroniki bronxit, diabet və başqa ciddi xəstəliyi olan insanlar pnevmaniya peyvəndi vurdursa, həyati önəm qazanar. Onu da qeyd edim ki, hal-hazırda Türkiyədə COVID-19-a qarşı peyvənd axtarışları aparılır. Qısa müddətdə xəstəliyin  gedişatında önəmli dəyişiklik  gözləyirik. 


Məhsəti Şərif,
Türkiyə  

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir