Modern.az

Koronavirus adi qripi sıradan çıxarıb - Baş infeksionist

Koronavirus adi qripi sıradan çıxarıb - Baş infeksionist

16 Sentyabr 2020, 12:48

COVID-19 virusu pandemiya elan ediləndən sonra adi qripə yoluxma hallarına demək olar ki, təsadüf edilmir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, qrip virusuna yoluxma adətən yaz-payız fəsillərində olur:

 

“COVID-19 virusunun Azrbaycanda yayılması elə vaxta düşdü ki, qripin son yayılma dövrü idi. Ondan sonra izolyasiya tədbirləri tətbiq edildi. Və demək olar ki, bundan sonra qripə yoluxmaya təsadüf olunmadı”.

 

C.İsayev qripə yoluxma hallarının olmamasını mövsümlə əlaqələndirib:

 

“Praktika göstərir ki, 2 viral infeksiyaya eyni anda təsadüf olunanda, adətən biri digərinin üzərində dominantlıq edir. Bu ehtimal da var, amma hələlik bu araşdırılmayıb”.

 

Baş infeksionist bildirib ki, payızda qripə yoluxmanın artma ehtimalı yüksəkdir:

 

“Qarşıdakı aylarda qripin yayılması ehtimalı çoxdur. Bununla yanaşı, COVID-19-a yoluxmanın artma ehtimalı da getdikcə yüksəlir. İki virusun yanaşı olması isə xəstəliyin ağır gedişlə müşahidə edilməsinə gətirib çıxara bilər”.


C.İsayev  həmçinin deyib ki, koronavirus adi bir respirator virus infeksiyasının növü olduğundan gələcəkdə mövsümi xəstəliklər sırasına qoşulacaq:


“Mövsümi respirator virus infeksiyalarının, təxminən, 9 faizə qədəri koronavirusun 4 növünün payına düşür. Təbii ki, insanlarda immunitet yarandıqdan sonra COVID-19 da onların sıralarına qoşulacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi