Modern.az

Rusların dost və düşmən saydığı ölkələr – Siyahıda Azərbaycan da var

Rusların dost və düşmən saydığı ölkələr – Siyahıda Azərbaycan da var

16 Sentyabr 2020, 14:22

Rusiyanın Levada Mərkəzi ölkə vətəndaşları arasında sorğu keçirib.

 

Modern.az xəbər verir ki, sorğuda yerli vətəndaşlar dost və düşmən hesab etdikləri ölkələrin adını çəkiblər.


Respondentlərin  58%-i Belarusu, 40%-i Çini, 35%-i Qazaxıstanı və 17%-i Ermənistanı dost ölkələr sırasına daxil edib.

Maraqlıdır ki, rəyi soruşulanlar arasında Azərbaycana dost deyən rusların sayı 13% olub. Dost ölkələr sırasına Hindistan (13%), Almaniya (10%), Ukrayna (4%) də daxil olub.

 

Rusların düşmən kimi baxdığı ölkələr sırasına ABŞ (60%), Ukrayna (35%), Böyük Britaniya (29%), Latviya (26%), Litva (26%), Polşa (25%), Gürcüstan (16%) və Almaniya (15%) daxil olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir