Modern.az

İnsan hüquqları komitəsi payız sessiyası üçün iş planı təqdim edəcək

İnsan hüquqları komitəsi payız sessiyası üçün iş planı təqdim edəcək

17 Sentyabr 2020, 09:15

Bu gün - sentyabrın 17-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı dinləniləcək, 2020-ci ilin payız sessiyası üçün 20 bənddən ibarət iş planının layihəsi təqdim olunacaq.

 

Komitə üzvləri, habelə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini (birinci oxunuş) müzakirə edəcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir