Modern.az

Deputatdan təklif: “İşğal olunmuş ərazilərimizlə bağlı xüsusi qanunun qəbul olunmalıdır”

Deputatdan təklif: “İşğal olunmuş ərazilərimizlə bağlı xüsusi qanunun qəbul olunmalıdır”

Aktual

17 Sentyabr 2020, 11:09

"İşğal olunmuş ərazilərimizlə bağlı xüsusi qanunun qəbul olunmasına ehtiyac var”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

 

Deputat qeyd edib ki, bir çox beynəlxakq şirkətlərin bu ərazilərdə fəaliyyət göstərməsi artıq məlumdur:

 

“Ancaq bu sahədə xüsusi qanun olmadığından biz müdaxilə edə bilmirik. İndiki məqamda bu qanunun qəbuluna ehtiyac var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!